Ermənistanda hakim partiyanın toplantısında qalmaqal - Paşinyan...

Ermənistanda hakim partiyanın toplantısında qalmaqal - Paşinyan...
11:48

Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Hayk Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən partiya iclasında mübahisə ediblər.

News365.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Davanın səbəbi Sarkisyanın qanunsuz meşə qırımları ilə bağlı bəyanatı olub. Deputat qubernatoru Tavuşda ekoloji vəziyyəti gərginləşdirməkdə ittiham edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman baş nazir iclası tərk edib.

Səhiyyə naziri Anahit Avanesyan davaya müdaxilə edərək iştirakçıları sakitləşdirməyə çalışıb, lakin KİV-lərin yazdığına görə, gərginlik artmaqda davam edib.


Youtube kanalımız