“Böyük geosiyasi sirkdə” Ermənistanın ipdən yıxılması an məsələsidir- TƏHLİL

“Böyük geosiyasi sirkdə” Ermənistanın ipdən yıxılması an məsələsidir- TƏHLİL
09:54

Ermənistan “böyük geosiyasi sirkdə” ən zəif akrobatdır. İpdən yıxılmamaq üçün sağ əli ilə Rusiyadan, sol əli ilə ABŞ-dan, dişləri ilə isə Avropa İttifaqından yapışmağa çalışır. Ancaq bu güc mərkəzlərinin hərəsi fərqli istiqamətə çəkdiyi üçün ölkənin tarazlıqda qalması getdikcə çətinləşir.

Bu vəziyyət, Krılovun məşhur “Lebed, Şurka və Rak” təmsilini xatırladır.Arabaya qoşulub onu dartmağa çalışan hər 3-də heç cür irəliləyə bilmirlər. Çünki hərəsi arabaya öz tərəfindən yön verərək müxtəlif istiqamətlərə çəkir. Nəticədə irəli getmək mümkün olmur. Ermənistanın da Rusiya, ABŞ və Aİ arasında çabalaması məhz bu durumu xatırladır.

Beləliklə, Ermənistanın “geosiyasi sirkdəki” akrobatikası həm daxili siyasi böhranlar, həm də xarici təzyiqlər səbəbindən ciddi şəkildə sarsılır. Əgər hər tərəfdən fərqli qüvvələrin çəkdiyi bu ip üzərində tarazlıq qorunmazsa, ölkənin nəinki müstəqil siyasət yürütməsi, hətta daxili sabitliyini belə saxlaya bilməsi şübhə altına düşəcək. Bu “sirk nömrəsi”ndə Ermənistanın ipdən yıxılması artıq an məsələsidir.

Aqil Məmmədov, ekspert


Youtube kanalımız