Çimərliyi kimyəvi maddələrdən təmizləyən könüllü öldü - FOTO

Çimərliyi kimyəvi maddələrdən təmizləyən könüllü öldü - FOTO
15:58

Anapa çimərliklərini kimyəvi maddələrdən-mazutdan təmizləyən 17 yaşlı könüllü qəfldən dünyasını dəyişib. Bu barədə Kub Mash Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Anapa Sənaye Kollecinin tələbəsi ölən gün də sahilin neft məhsullarından təmizlənməsi prosesində iştirak edibmiş. Məlum olub ki, gənc astma xəstəliyindən əziyyət çəkirmiş və hazırda məhkəmə-tibb ekspertləri kimyəvi mühitin onun ölümünə səbəb olub-olmadığını araşdırır.

Artıq kollec də “VKontakte” səhifəsində insidenti təsdiqləyib və qeyd edib ki, onlar şagirdi mazut təmizliyinə göndərməyiblər. Çünki onlar yalnız böyüklərdən və müəllimlərdən ibarət qruplar yaradırlar.

Xatırladaq ki, ötən il Anapa sularında iki tankerin qəzaya uğraması barədə məlumat yayılmışdı. Nəticədə bölgədə ekoloji fəlakət yarandı. Yanvarın 14-də isə neft məhsullarının ətrafa dağılması nəticəsində yaranan bütün çirklənmənin aradan qaldırılması bəyan edildi.

Tural