Ötən il müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub.
Bu barədə News365.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.
Bildirilib ki, quruma daxil olan 23 min 222 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb, bununla yanaşı, 19 min 496 sorğu və məktuba baxılıb.
Dövlət Xidmətinin rəhbər vəzifəli şəxsləri və əməkdaşlarının fərdi qaydada qəbul etdiyi vətəndaşların sayı isə 11 min 335 nəfər olub.
Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərə izahatların verilməsi təmin edilib.