Əməkdar artsitin ifasına hönkür-hönkür AĞLADI - VİDEO

Əməkdar artsitin ifasına hönkür-hönkür AĞLADI - VİDEO
14:17

Müğənni Sahib İbrahimov "Günə Uğurla" verilişində duyğusal anlar yaşayıb.

News365.az xəbər verir ki, veriliş zamanı sənətçinin həmkarı, əməkdar artist Ehtiram Hüseynov tərəfindən səsləndirilən ifa studiyada emosional atmosfer yaradıb. Canlı yayımda səslənən musiqi parçası Sahib İbrahimovu kövrəldib və o, göz yaşlarını saxlaya bilməyib.

Kadrlar zamanı müğənninin ifa boyunca kövrəldiyi, daha sonra isə hisslərinə hakim ola bilməyərək hönkür-hönkür ağladığı görünür. Verilişin həmin anları sosial şəbəkələrdə də yayılaraq izləyicilər arasında geniş müzakirəyə səbəb olub.

İzləyicilər bu səhnəni sənətçilər arasında dostluq və musiqinin yaratdığı emosional bağın göstəricisi kimi qiymətləndiriblər.


Sizin reklam burada
Sizin reklam burada