"DSMF-yə yığılan vəsait vətəndaşın kapitalıdır, yoxsa vergisi?!"- Ekspert

"DSMF-yə yığılan vəsait vətəndaşın kapitalıdır, yoxsa vergisi?!"- Ekspert
09:25

“1994-cü ildə Azərbaycanda 1 milyon 250,9 min təqaüdçü var idi, 30 ildən sonra, 2026-cı ilin yanvarın ayının 1-nə təqaüdçülərin sayı 1 milyon 98,9 min nəfər qədər azalıb. Təqaüdçülərin sayı ilbəil azaılır, pararlel olaraq da ölkədə doğuş sayı da kəskin azalır. Ölkəmiz üçün ciddi problemlər yaranır, bu gün addımlar atılmasa, sabah gec olacaq”.

News365.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O qeyd edib ki, təqaüdçülər üçün ən vacib məsələlərdən biri ömür boyu işləyib, çalışıb DSMF-yə topladıqları vəsaitə çıxışının olmamasıdır:

“Sayları da azalır, bu boşluq mütləq aradan qaldırılmalıdır, bu gün penseya kapitalının həddi 46080 manatdır. Bunun özü də çoxdur, amma, insanlar var ki, 100-150 min pensiya kapitalları var, amma, həmin vəsait onlar üçün əlçatan deyil. Allah uzaq eləsin, təqüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur. Onların varisləri niyə həmin vəsaiti ala bilməsin ki?! Və ya, tutalım, 40 yaşında bir insan işləyib, DSMF-yə, tutalım, 30 min manat yığıb. Amma, həyatdı, dünyasını dəyişir, o pulun aqibəti nə olur?! Bəlkə elə övladına çatsın, bəlkə övladının, məsələn, təhsil haqqını, və ya, övladı ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?! Niyə olmaz ki bu?!

Xülasə, hökumət çıxıb aydın deməlidir – DSMF-yə yığılan vəsait vətəndaşındır, ya yox?! Bu vətəndaşın yığımdır, ya vergisi?!”

News365.az


Sizin reklam burada
Sizin reklam burada