DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO
28 Mar 2025 13:41

Paytaxtın Yasamal rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar. 

News365.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Hüseynəli saxlanılıb.  Ondan 1 kiloqramdan artıq heroin, ümumi çəkisi 500 qramdan artıq marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.   

Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Abbasov da saxlanılıb. Ondan da çəkisi 1 kiloqramdan artıq heroin, ümumi çəkisi yarım kiloqramdan çox marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb. 

 Hər iki faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada