Bakının Gəncə prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Jurnalist Fəxri Nəsirli News365.az-a bildirib ki, hadisə piyada yolu keçən zaman qeydə alınıb. İlkin məlumata görə, avtomobil yolu keçən piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


