Avtomobil dərəyə yuvarlandı- ÖLƏN VAR

Avtomobil dərəyə yuvarlandı- ÖLƏN VAR
12:57
Astara rayonunda, dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxmin 70 metr məsafədə dərəyə yuvarlanıb.

News365.az xəbər verir ki, nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib.

İlkin məlumata görə hadisənin baş verməsinə səbəb yolun yağışlı hava ilə əlaqədar sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümü ilə əlaqədar oxşar hadisələrin artması ehtimalını nəzərə alaraq, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha qeyd edir, sürücüləri yol və hava şəraitini hər zaman diqqətdə saxlamağa, dağlıq ərazilərə səfərlər zamanı daha ehtiyatlı olmağa, avtomobillərinin texniki xarakteristikasının onun keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirməyə çağırır!


Sizin reklam burada
Sizin reklam burada