DÇ-2026: 1/16 finalın bütün cütləri müəyyənləşdi

DÇ-2026: 1/16 finalın bütün cütləri müəyyənləşdi
11:40

ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib.

News365.az xəbər verir ki, pley-off mərhələsində qarşılaşacaq komandaların tam siyahısı J qrupunda keçirilən son oyunlardan sonra dəqiqləşib.

Beləliklə, mundialın 1/16 final mərhələsində baş tutacaq bütün görüşlər rəsmən bəlli olub.

1/16 finalın oyun cədvəli:

28 iyun

23:00. Cənubi Afrika Respublikası – Kanada

29 iyun

21:00. Braziliya – Yaponiya

30 iyun

00:30. Almaniya – Paraqvay

05:00. Niderland – Mərakeş

21:00. Fildişi Sahili – Norveç

1 iyul

01:00. Fransa – İsveç

05:00. Meksika – Ekvador

20:00. İngiltərə – Konqo Demokratik Respublikası

2 iyul

00:00. Belçika – Seneqal

04:00. ABŞ – Bosniya və Herseqovina

23:00. İspaniya – Avstriya

3 iyul

03:00. Portuqaliya – Xorvatiya

07:00. İsveçrə – Əlcəzair

22:00. Avstraliya – Misir

4 iyul

02:00. Argentina – Kabo Verde

05:30. Kolumbiya – Qana

Qeyd edək ki, dünya çempionatının tarixində ilk dəfə 48 komanda mübarizə aparır. Turnir iyulun 19-da başa çatacaq. Pley-off mərhələsinə qruplarda ilk iki pilləni tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da yüksəlib.


Sizin reklam burada
Sizin reklam burada