Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı
17:00

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər.

News365.az xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb.

Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişən 7 min insanın məlumatları süni intellekt vasitəsilə təhlil edilib. Sistem iştirakçıların yuxu zamanı beyin dalğalarını analiz edərək onların "beyin yaşını" müəyyənləşdirib.

Nəticələr göstərib ki, insanın beyni real yaşından daha yaşlı göründükdə demensiya riskinin artması ehtimalı yüksəlir.

Tədqiqatçılar hesab edirlər ki, yuxu zamanı beyin fəaliyyətini analiz edən süni intellekt sistemi gələcəkdə demensiyanın yaddaş problemləri və digər əlamətlər ortaya çıxmazdan əvvəl aşkarlanmasına kömək edə bilər.

Alimlər bununla belə, sistemin demensiyanın diaqnozunda istifadəsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.


Sizin reklam burada
Sizin reklam burada