“2025-ci
ilin Davos forumunun əvvəlki forumlardan əsas hədəflər baxımdan müəyyən fərqləri
vardır. Beləki, əvvəlki forumlarda da süni intellekt, iqlim dəyişikliyi, insan
kapitalı və texnoloji yeniliklər kimi mövzular müzakirə olunsa da bu il bu
mövzulara daha konkret və strateji yanaşmalar olacaq”.
Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, əvvəlki illərdə texnologiyanın inkişafı ümumi
müzakirə mövzusu olsa da, bu il süni intellektin cəmiyyət və iqtisadiyyat üzərindəki
dərin təsirlərinə daha çox diqqət ayrılması nəzərdə tutulur:
“Həmçinin,
İqlim Dəyişikliyi həmişə prioritet mövzulardan biri olsa da, bu il innovativ tərəfdaşlıqlar
və yaşıl sənaye sahəsində konkret həllər təklif olunacağı gözlənilir.
Eyni zamanda
insan kapitalı ilə bağlı məsələlərdə də fərqliliklər gözlənilir. Məsələn, əvvəlki
forumlar daha çox qlobal iqtisadi məsələlərə fokuslanıb, bu il isə insan
kapitalına yatırımlar xüsusi prioritet olacaq.
Forumun digər
fəqrliliyi yeni iqtisadi modellərlə bağlı olacağı gözlənilir. Belə ki, əvvəlki
forumlarda iqtisadi dayanıqlılıq müzakirə edilib, lakin bu dəfə inkişafın
qeyri-ənənəvi mənbələrinin araşdırılması ön plandadır.
Göründüyü
kimi 2025-ci il forumu mövzuları daha spesifik, praktiki və gələcək üçün həlledici
yanaşmalar hesab edilir. Lakin mövzularda və mahiyyətdə olan fərqliliyin real tətbiqinin
nə qədər mümkün olacağını və bunun planet üçün hansı faydalarının olacağını demək
bir qədər çətindir. Çünki, Davos Forumu həm də bir-birini o qədər də sevməyən
iqtisadi rəqiblərin "mehriban" ortamıdır”.
News365.az