Moskva Qəzza zolağında Rusiya səhra hospitalının açılması ilə bağlı danışıqlar aparacaq.
News365.az xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya 24” telekanalının efirində bildirib.
Səfir Rusiyanın Qəzza zolağında səhra hospitalı açmaq istiqamətində çalışacağını söyləyib.
“Bir il əvvəl biz bu ideyanı irəli sürdük, israilli tərəfdaşlarımıza və fələstinli tərəfdaşlarımıza təklif etdik, lakin sonra təhlükəsizlik baxımından bu məsələ həll olunmadı. İndi yəqin ki, imkanlarımızı yenidən ölçüb-biçəcəyik və ümid edirəm ki, belə imkanlarımız var", deyə rusiyalı diplomat vurğulayıb.