Əməkdar artist Mövsüm Hüseynov dəfn olundu- YENİLƏNİB

Əməkdar artist Mövsüm Hüseynov dəfn olundu- YENİLƏNİB
20 Yan 2025 15:18

Tanınmış teatr və kino aktyoru, Sumqayıt Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Mövsüm Hüseynov dəfn olunub.

News365.az xəbər verir ki, nərhumla Sumqayıt şəhərindəki evində vida mərasimi keçirilib.

Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edib. 

Vida mərasimi bitdikdən sonra aktyorun cənazəsi Sumqayıt şəhər qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, tanınmış aktyor uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

***

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

News365.az xəbər verir ki, bu barədə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

Bildirilib ki, o uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.

Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.



Sizin reklam burada
Sizin reklam burada