Rəsmi İran ölkəyə tətbiq edilmiş sanksiyalarla bağlı açıqlama verib.
News365.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Cenevrə Konvensiyasının qəbul edilməsinin 75-ci ildönümü mərasimində bildirib.
Belə ki, Qəribabadi sanksiyalarla bağlı danışıqlara gedə biləcəklərini diqqətə çatdırıb:
"İran keçmişdə olduğu kimi sanksiyaların aradan qaldırılması üçün danışıqlara yenidən başlamağa hazırdır. Bizdə həmişə bu iradə olub. Əgər digər tərəflər də bu iradəyə malik olsalar, danışıqlar baş tutacaq və yekunlaşacaq".
Danışıqların bərpası və kompromis əldə etmək üçün uyğun zəmin və imkanların olduğunu bildirən Qəribabadi iqtisadi sanksiyaların xalqa mənfi təsir göstərdiyini iddia edib.