Professor Dizen: "Minlərlə ukraynalının ölümü Baydenin "qələbəsi" adlandı"

Professor Dizen: "Minlərlə ukraynalının ölümü Baydenin "qələbəsi" adlandı"
13:43

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen diqqət çəkən açıqlamalar verib. O, X-də paylaşım edərək yazıb ki,  ABŞ-nin keçmiş prezidenti Cozef Bayden Ukrayna münaqişəsi yaratmaqla  Rusiyanın "qanını çıxarmağa" çalışdı. Amma bunun əvəzinə minlərlə ukraynalı məhv edildi. 

“Bayden Rusiyanı düşmən kimi zəiflətmək üçün uzun sürən münaqişə istəyirdi və Ukrayna proksi müharibənin faydalı elementi idi. Yüz minlərlə ukraynalı öldü və bu, Baydenin "qələbəsi" adlanır",- deyə Dizen gileylənib.

Yanvarın 20-də Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimi keçirilib. Tramp 2017-2021-ci illərdə də prezident olub. O, ikinci dəfə eyni vəzifəyə başlayarkən prezidentliyinin elə ilk günündə yüzdən çox fərman imzalayacağını və sələfi Cozef Baydenin bütün “axmaq” fərmanlarını ləğv edəcəyini, həmçinin Ukraynadakı münaqişəni dayandıracağını, üçüncü Dünya Müharibəsinin qarşısını alacağını vəd etdi.



Tural