ABŞ prezidenti Donald Tramp "TikTok"u ölkə daxilində qadağan edən qanunu 75 gün ərzində tətbiq etməməyi tapşırıb.
News365.az CNN-ə istinadla xəbər verir ki, o, bu barədə Ədliyyə Departamentinə tapşırıq verib. Fərmanda bu qərarın milyonlarla amerikalının istifadə etdiyi kommunikasiya platformasının qəfil bağlanmasının qarşısını alacağı və milli təhlükəsizliyi qoruyan müvafiq irəliləyiş kursunun müəyyənləşdirilməsinə imkan verəcəyi bildirilib.
Qeyd edək ki, Birləşmiş Ştatlarda sözügedən platformanın fəaliyyəti qadağan edilib.