Alimlər iki yeni "qaranlıq" qalaktika aşkarlayıblar

Alimlər iki yeni "qaranlıq" qalaktika aşkarlayıblar
14:28

Beynəlxalq astronomlar qrupu ALMA radioteleskopu vasitəsilə CGG-z4 adlı yeni yığcam qalaktikalar qrupunu kəşf ediblər. Bu qrupa infraqırmızı diapazonda demək olar ki, görünməyən iki "qaranlıq" qalaktika da daxildir. Yeni kəşfin ilkin görüntüləri arXiv portalında dərc olunub.

Araşdırma nəticəsində məlum olub ki, qalaktika qrupundakı ulduzların kütləsi təxminən 100 milyard günəş kütləsinə bərabərdir. Eyni zamanda, bu nəhəng qrup hər il ümumi kütləsi 2837 günəş kütləsi olan ulduzlar yarada bilir.

Qrupdakı CGG-z4.a və CGG-z4.b olaraq adlandırılan iki qalaktika optik işıqda çətinliklə göründüyü üçün onlara "qaranlıq" qalaktikalar deyilir. Bununla belə, ALMA-nın əldə etdiyi məlumatlar göstərdi ki, onlar böyük qaz ehtiyatları sayəsində aktiv şəkildə ulduzlar əmələ gətirirlər. Üstəlik, bu ehtiyatların tükənmə vaxtı təqribən 100 milyon ildir ki, bu da ulduz əmələ gətirmə fəaliyyətinin zəifləməsinin başlanğıcını göstərir. Tədqiqatçılar iddia edirlər ki, bu qalaktikalar tezliklə öz kütlələrini iki qat artıracaq və yeni ulduzların əmələ gəlməsi prosesini dayandıraraq "istirahət" mərhələsinə keçəcəklər.

Tural