Rusiyanın bir sıra strateji obyektlərinə zərbələr endirilib

Rusiyanın bir sıra strateji obyektlərinə zərbələr endirilib
13:55

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı diqqət çəkən məlumat yayıb. Bəş qərargah bəyan edib ki, Ukrayna Müdafiə Qüvvələri rusların bir sıra mühüm obyektlərinə zərbələr endirib.

"Beləliklə, bir həftə ərzində ikinci dəfə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin pilotsuz təyyarələri Rusiya Federasiyasının Voronej vilayətindəki Liskinskaya neft bazasına zərbələr endirib. Yanvarın 21-nə keçən gecə yeni hücum həyata keçirilib. Ukrayna Müdafiə Qüvvələri digər bölmələr ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən zərbə nəticəsində işğalçıların Rusiya qoşunlarına tədarük etdiyi yanacaq-sürtkü materialları olan çənlər hələ də yanır. Müəssisə Rusiyanın ən iri dövlət korporasiyalarından biri olan "Rosneft"ə məxsusdur”, - məlumatda deyilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural