Milli Məclisin yaz sessiyası müddətində səhiyyə sahəsinə dair iki dinləmənin keçirilməsi nəzərdə tutulub.
News365.az xəbər verir ki, bu, parlamentin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsində əksini tapıb.
Komitənin bugünkü iclasında məlumat verilib ki, sessiya dövründə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” və “Dərman vasitələri haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək.
***
Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçiriləcək.
News365.az xəbər verir ki, bununla əlaqədar parlamentin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.
Dinləmənin yaz sessiyası ərzində reallaşdırılacağı qeyd edilib.