"Azərbaycan Birləşmiş Ştatlar ilə fəal və sıx işləmək niyyətindədir"- Prezident

"Azərbaycan Birləşmiş Ştatlar ilə fəal və  sıx işləmək niyyətindədir"- Prezident
13:47

Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampın ABŞ-yə yeni prezidentliyi dövründə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun kəsb edəcəyinə inandığını bildirib. 

News365.az xəbər verir ki, bu barədə İlham Əliyevin Donald Trampa ABŞ-nin 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə göndərdiyi məktubunda deyilir: 

“ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim”. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davam etdirmək və bu istiqamətlərdə sıx işləmək niyyətindədir: 

“İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir”