Sivas Valiliyi Yıldız Dağı Xizək Mərkəzində yerləşən oteldə baş verən partlayışla bağlı rəsmi açıqlama verib.
News365.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir. Açıqlamada 1-i ağır olmaqla, 4 nəfərin xəsarət aldığı, lakin yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilib.
Valiliyin açıqlamasında qeyd olunub:
"21 yanvar 2025-ci il, saat 09:20 radələrində Yıldız Dağı Xizək Mərkəzində Buruciye A.Ş.-yə məxsus otelin (Yıldızhan Otel) aşağı mərtəbəsində qadın xizəkçilər üçün nəzərdə tutulmuş istirahət otağında səbəbi hələlik məlum olmayan kiçik miqyaslı partlayış baş vermişdir. Nəticədə 2 kayakçı və 1 məşqçi yüngül xəsarət almış, digər bir məşqçi isə əl və üz nahiyələrində ikinci dərəcəli yanıq xəsarətləri almışdır." Yaralılar dərhal helikopter təcili yardım vasitəsilə və digər təcili yardım maşınları ilə Sivas mərkəzindəki xəstəxanalara çatdırılıb və müalicələri davam edir.