Danimarkanın baş naziri: "ABŞ Ukraynaya qoşun yeritməlidir"

Danimarkanın baş naziri: "ABŞ Ukraynaya qoşun yeritməlidir"
21 Fev 2025 12:57

Danimarkanın baş naziri Mette Frederiksen diqqət çəkən açıqlamalar verib. O, “Time” jurnalına müsahibəsində deyib ki, ABŞ sülhü qorumaq üçün Ukraynaya qoşun yeritməlidir.


Siyasətçi Vaşinqtonun öz qoşunlarını Ukraynaya göndərib-göndərməməsi ilə bağlı sualı cavablandırarkən deyib: ““Məncə, bəli bu olmalıdır. Bunu edən Amerika olmalıdır və o, birbaşa və ya dolayı yolla NATO nizamnaməsinin 5-ci maddəsi üzrə reallaşmalıdır".


Frederiksen belə hesab edir ki, 5-ci maddənin hücuma məruz qalan NATO üzvü olan dövlətə yardımla bağlı müddəaları Moskva razılaşmanı pozacağı təqdirdə, hətta bir addım da atacağı halda işə düşə bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada