Daha bir nəfər gənə dişləməsindən ÖLDÜ

Daha bir nəfər gənə dişləməsindən ÖLDÜ
05 İyn 2025 13:09

Türkiyədə Krım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə olunan daha bir şəxs dünyasını dəyişib.

News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Sivasın Koyulhisar rayonunda yaşayan 80 yaşlı kişini10 gün əvvəl gənə dişləyib.

Bir müddət sonra vəziyyəti pisləşib və xəstəxanaya aparılıb.

KKKA xəstəliyi şübhəsi ilə anesteziya reanimasiya şöbəsində müalicə alan şəxsin edilən müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.


Sizin reklam burada
Sizin reklam burada