1,5 ton çətənə kolu məhv edilib, 1,7 kq narkotik götürülüb

1,5 ton çətənə kolu məhv edilib, 1,7 kq narkotik götürülüb
11:04

İyulun 21-də Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1,7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə, eyni tarixdə yabanı halda bitmiş, ümumi çəkisi 1,5 tona yaxın olan 887 ədəd çətənə kolu da aşkar olunaraq qanunvericiliyə uyğun şəkildə məhv edilib.

Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri sistemli şəkildə davam etdirilir.



Sizin reklam burada
Sizin reklam burada