Sumqayıtda 123 nömrəli avtobusun qəza etməsi nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 21.07.2025-ci il tarixində saat 18:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 8 nəfər (2 qadın cinsli, 6 kişi cinsli) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".- deyə məlumatda qeyd olunub.