Yuxulu sürücü qəza törətdi - Xəsarət alan var

Yuxulu sürücü qəza törətdi - Xəsarət alan var
21 İyl 2025 17:32

Goranboy rayonunun Dəliməmmədli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

10-SK-992 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək qəza törədib.
 

İlkin məlumata görə, sürücünün yuxulu olması qəzanın başvermə səbəblərindən biri kimi göstərilir.


Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada