“Xalqımızın falçıya, çöpçüyə, öncəgörənə, cinçıxardana ,caduya, pitiyə,
ocağa, pirə sərhədsiz inamı sevgi-məhəbbəti var. Eşitdim ki, bu günlərdə iki nəfərdən
74 min pul alıb falçı. Guya ki, "kəfən dönməsi" nədirsə onu yerinə
yetirəckmiş”.
Bunu News365.az-a müsahibəsində pediatr Vaqif Qarayev
deyib. O bildirib ki, falçılarla işi yoxdur:
“Məni narahat edən çöpçülərdir. Mənə edilən 10 zəngdən 7-i deyir ki, “filan
dərmanları verdik. Hətta çöpçüyə də apardıq yenə uşağın vəziyyəti düzəlmir”.
Halbuki qabaq çöpçü məsələsini gizlədirdilər. İndi bilirəm ki, yenə "mənim
uşağımı şöpçü xilas elədi" kimi fikirlər var. Məni maraqlandıran isə odur
ki, tutaq ki, siz ölkədən getməli oldunuz, onda çöpçü məsələsini neçə həll edəəcksiniz?.
Axı bizdən başqa heç kim çöpçüyə inanmır”.
News365.az