Məhkəmə Ara Abrahamyanın torpaqlarını əlindən alıb

Məhkəmə Ara Abrahamyanın torpaqlarını əlindən alıb
28 İyl 2025 23:30

İrəvanın mərkəzindəki torpaqlar Rusiya Erməniləri İttifaqının rəhbərinin əlindən alınıb.

News365.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ara Abrahamyanın “Consent Armenia” şirkətinə məxsus olan 2860 m² torpaq sahəsini əlindən alıb.

Məlumata görə sözügedən torpaq sahəsi İrəvan şəhərinin mülkiyyətinə verilib.

Qərar bir aydan sonra qüvvəyə minəcək. Qeyd olunur ki, qanunsuz özəlləşdirmə işi 2023-cü ildə başlanıb.


Sizin reklam burada
Sizin reklam burada