“Zəngəzur dəhlizinin qarşısındakı əsas əngəl Rusiyadır”- Mehman İsmayılovun şərhi

“Zəngəzur dəhlizinin qarşısındakı əsas əngəl Rusiyadır”- Mehman İsmayılovun şərhi
28 İyl 2025 17:13

Zəngəzur dəhlizi ətrafında davam edən proseslər və Ermənistan-Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı News365.az-a danışan politoloq Mehman İsmayılov maraqlı fikirlər səsləndirib.

Onun sözlərinə görə, rəsmi ritorika diplomatik şəkildə təqdim olunsa da, Azərbaycan rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi kifayət qədər aydındır.

“Əgər Zəngəzur dəhlizi doğrudan da Ermənistanın daxili məsələsi olsaydı, Azərbaycan bu dəhlizin açılmasını təkidlə tələb etməzdi. Cənab Prezident bir neçə gün əvvəl çox açıq şəkildə bildirdi ki, Azərbaycanlılar bu yolda nə erməni polisi, nə də erməni hərbçisi görmək istəmir. Bu, bizim dövlət mövqeyimizdir və Ermənistan üçün ciddi mesajdır.”

Mehman İsmayılovun fikrincə, məsələ təkcə Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır:

“Bu gün Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşmasında əsas əngəl Rusiyadır. Rusiya bu məsələdə açıq-aşkar pozucu rol oynayır. İndi bütün gücü ilə prosesləri qızışdırır, Paşinyan hakimiyyətinə qarşı daxili təzyiqləri artırmağa çalışır.”

Politoloq həmçinin Rusiya-Azərbaycan münasibətlərində yaranan gərginliyə də diqqət çəkib:

“Rusiya hazırda heç bir real səbəb olmadan Azərbaycanla münasibətləri gərginləşdirir. Digər tərəfdən, Ermənistana qarşı da ciddi təzyiqlər göstərir. Bu, Kremlin hazırda düşdüyü çətin və mürəkkəb vəziyyətin göstəricisidir. Moskva bölgədəki nüfuzunu qorumaq üçün strateji təzyiqlərə əl atır.”

Mehman İsmayılov hesab edir ki, Rusiya öz təsir gücünü itirdikcə regionda sülh və əməkdaşlıq proseslərini əngəlləyən əsas qüvvəyə çevrilir. Zəngəzur dəhlizi isə bu geosiyasi qarşıdurmanın mərkəzində dayanır.


Sizin reklam burada
Sizin reklam burada