Bu orqanlarda xərçəng gizli inkişaf edir – Onkoloqdan XƏBƏRDARLIQ

Bu orqanlarda xərçəng gizli inkişaf edir – Onkoloqdan XƏBƏRDARLIQ
28 İyl 2025 17:25

Bəzi xərçəng növləri illərlə bədəndə gizlincə inkişaf edir və fərqinə varmaq mümkün olmur. Səbəb isə çox sadədir – bu orqanlar insanın gündəlik hissiyatından “uzaq” yerlərdə yerləşir.

News365.az xəbər verir ki, bu barədə onkoloq Yevgeni Çeremuşkin xəbərdarlıq edib. Onun sözlərinə görə, qaraciyər, mədəaltı vəzi və böyrək kimi orqanlarda yaranan şişlər ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edə bilər:

“Məsələn, dəri üzərində yaranan dəyişikliklər – yara və düyünlər – dərhal nəzərə çarpır. Lakin daxili orqanlarda baş verən proseslər çox zaman gizli qalır. Qaraciyər və mədəaltı vəzi kimi orqanlarda yerləşən şişlər illərlə özünü büruzə verməyə bilər.”

Onkoloq onu da vurğulayıb ki, beyin şişləri də bəzən simptom vermədən inkişaf edə və yalnız gec mərhələdə üzə çıxa bilər.

Xəstəliyin “səssiz” inkişafı isə müalicəni çətinləşdirir və sağ qalma şansını azaldır. Bu səbəbdən profilaktik müayinələr həyati önəm daşıyır.

Çeremuşkinin tövsiyəsi:

– Ən azı ildə bir dəfə müayinə olun.

– Qan və sidik analizi verin.

– USM və MRT kimi görüntüləmə müayinələrindən keçin.

– Həkimlə ətraflı tibbi tarixçənizi paylaşın.

Unutmayın: Vaxtında aşkarlanan xəstəlik, həyatınızı xilas edə bilər. Səssiz düşmənlərə qarşı yeganə silah – mütəmadi yoxlamadır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada