Telekanallarımız peyklərimizin xidmətindən niyə kənarda qalıb? - TƏHLİL

Telekanallarımız peyklərimizin xidmətindən niyə kənarda qalıb? - TƏHLİL
09:42

 

2013-cü ilin fevralında ilk kosmik peykimiz “Azerspace 1” və bir neçə il sonra isə ikinci kosmik peykimiz “Azerspace 2” peyki orbitə buraxıldı. Təssüflər olsun ki, orbitdə 2 öz peykimiz olsada illərdir hələ də regional televiziya kanallarımız və internet televiziyalarımız peyk vasitəsi ilə yayımlana bilmirlər.

Bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində telekekanallarımızda mühüm rol onayıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında telekanallarımızın əvəzsiz rolu var.

Bəs niyə öz peykimiz ola-ola regional və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirik?

Yerüstü yayımlanan ümumrespublika kanallarımızla yanaşı bölgələrimizdən yayımlanan çox gözəl regional kanallarımız var. Məsələn Gəncə şəhərindən fəaliyyət göstərən Kəpəz TV, Quba rayonundan fəaliyyət göstərən Qafqaz TV, Xaçmaz rayonundan fəaliyyət göstərən ARB Şimal, Lənkəran rayonundan fəaliyyət göstərən ARB Cənub, Yevlax rayonundan fəaliyyət göstərən EL TV, İsmayıllı rayonundan fəaliyyət göstərən İsmayıllı TV və s. regional kanallarımız olsada illərdir öz peykimiz vasitəsi ilə yayımlana bilmirlər. Regional kanallarımızdan yalnız Naxçıvan TV prezidentin ötən ilki fərmanından sonra bu yaxınlarda “Azerspace 1” peyki vasitəsi ilə yayıma başlayıb. İnternet televiziyalarımızdan da APA TV, SƏS TV, Səhiyyə TV, Dost TV, Asan TV və s. kanallarımız peyk vasitəsi ilə yayımlana bilmir.

Sual olunur niyə peykimiz vasitəsi ilə bütün ölkəyə və dünyaya yayımlanmaq imkanı ola-ola regional və internet kanallarımız peyk vasitəsi ilə yayıma həsrətdirlər?

Vətəndaşlarımız niyə regional kanallarımız və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər?

Regional kanallarımızdan ikisi musiqi kanalı Ayaz TV və İsmayıllı TV bir neçə ay öncə Türksat peyki vasitəsi ilə yayıma başladı. Öz peykimiz ola-ola niyə bizim kanallarımız digər ölkələrin peykinə üz tutmalıdırlar? Regional kanallarımızdan bir neçəsinin əməkdaşı şəxsən mənə peyk vasitəsi ilə niyə yayımlanmırsınız deyə soruşanda bildirirlər ki, Azerspace peykində yayımlanmaq üçün bizdən elə böyük bir məbləğdə fantastik ödəniş tələb edirlər ki, Türkiyə peyki olan Türksat peykində və digər ölkələrin peykində yayımlanmaq bizə dəfələrlə ucuz başa gəlir. Bu gün Rusiya kanalları öz peyklərində və bir neçə ölkənin peyklərində yayımlansada bu günlərdə illərdir Türksat peykində yayımlanan 2 Rusiya kanalı RTR Planeta və Rosiya 24 telekanalının ardınca digər Rusiya kanallarıda daha böyük auditoriyaya yayımlanmaq üçün Türksat peyki vasitəsi ilə yayıma başladı. Biz isə öz kanallarımızın öz peykimiz ola-ola peyk vasitəsi ilə yayımına imkan vermirik.

Dünyanın heç bir öz peyki olan ölkəsində elə şey yoxdur ki, dövlətin öz peyki olsun və həmin ölkədə yayımlanan kanalların hamısı peyk vasitəsi ilə yayımlanmasın. Məsələn qonşu Türkiyədə 476 kanal var bu gündə bir-birinin ardınca yeni kanallar açılmaqdadır və kanal yayıma başlamazdan əvvəl Türksat peykindən yayım üçün tezlik alır. Onsuzda ölkəmizdə digər ölkələrlə müqayisədə çox az kanal fəaliyyət göstərir. Məsələn, 3,8 milyon əhalisi olan Gürcüstanda 38 kanal fəaliyyət göstərir. Yeni kanallar açmaq əlimizdən gəlmirsə hal-hazırda fəaliyyət göstərən kanallarında yayımına mane olmayaq. Ümid edirəm tezliklə ölkəmizdə də bütün regional və internet kanalları peyk vasitəsi ilə yayıma başlayar.

İlkin Məmmədkərimli,  ekspert

News365.az


Sizin reklam burada
Sizin reklam burada