Türkiyənin Sivas vilayətinin Zara rayonunda Kırım-Kongo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə alan Ayşegül Yücel (50) həyatını itirib.
News365.az-ın məlumatına görə, Zara rayonunun Gühertaş kəndində yaşayan, maldarlıqla məşğul olan və 1 uşaq anası Ayşegül Yücelin bədəninə təxminən bir həftə əvvəl kene yapışıb. Keneni çıxardıqdan bir neçə gün sonra səhhətində pisləşmə müşahidə olunan Yücel, yaxınları tərəfindən Sivas Cumhuriyet Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, Yücelin həyatını xilas etmək mümkün olmayıb. Mərhumun nəşinin doğulduğu kənddə torpağa veriləcəyi bildirilib.
Rəsmi rəqəmlərə görə, bu il Sivas vilayətində KKKA səbəbilə həyatını itirənlərin sayı 12-yə çatıb.