Araz Ağalarov Bakıda: oğlu Emin onu ilk dəfə “Sea Breeze” ilə tanış etdi

Araz Ağalarov Bakıda: oğlu Emin onu ilk dəfə “Sea Breeze” ilə tanış etdi
28 İyl 2025 21:46

Tanınmış azərbaycanlı iş adamı, milyarder Araz Ağalarov hazırda Bakıda səfərdədir.

Bu barədə məlumat onun oğlu, məşhur müğənni və “Sea Breeze” layihəsinin rəhbəri Emin Ağalarovun rəsmi Instagram hesabında paylaşılıb.

Emin Ağalarov atasını ilk dəfə olaraq “Sea Breeze” şəhərciyi ilə yaxından tanış edib. O qeyd edir ki, atası bu əraziyə sonuncu dəfə 7 il əvvəl gəlib və o zaman indiki miqyasda heç bir infrastruktur yox idi.

Atabala Ağalarovlar sahildə yerləşən bu müasir kompleksdə elektrik avtomobili ilə gəzərək layihənin müxtəlif məkanlarını nümayiş etdirib, eyni zamanda maraqlı video çəkilişlər də aparıblar.



Sizin reklam burada
Sizin reklam burada