Çində 17 uşağı qaçıran qadın edam edilib

Çində 17 uşağı qaçıran qadın edam edilib
28 Fev 2025 16:22

Çinin Quizhou əyalətində Aralıq Xalq Məhkəməsi uşaq alverində təqsirli bilinən 61 yaşlı Yu Huayinq barəsində ölüm hökmü çıxarıb.   

News365.az xəbər verir ki, bu barədə Çin Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, qadın ən azı 17 uşağı qaçıraraq satıb. O, 2024-cü ilin oktyabrında edam cəzasına məhkum edilib. Hökm elan edildikdən sonra qadın təqsirini boynuna almayıb və hökmdən apellyasiya şikayəti verməyə cəhd edib. Məhkəmə onun apellyasiya şikayətinin təmin edilməməsi və qərarı qüvvədə saxlaması barədə qərar çıxarıb.


Sizin reklam burada
Sizin reklam burada