“Sumqayıt” 9 oyun sonra böyük hesabla qalib gəldi

“Sumqayıt” 9 oyun sonra böyük hesabla qalib gəldi
19:30

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.


News365.az xəbər verir ki, “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Kəpəz”i qəbul edib.


Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində hər iki qolu Roy Kehat vurub. Bununla da komanda 9 oyundan sonra ölkə çempionatında qələbə qazanıb.


Bu nəticədən sonra “Sumqayıt” 25 xalla 8-ci, “Kəpəz” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.


Qeyd edək ki, tura saat 19:30-da başlayacaq “Neftçi” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq. XXVI turun əvvəlki oyunlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib


Sizin reklam burada
Sizin reklam burada