Çinin “Unitree Robotics” şirkəti təhlükəli şəraitdə yanğınsöndürmə tapşırıqları üçün hazırlanmış B2 dördayaqlı robotunun ixtisaslaşdırılmış versiyasını təqdim edib. Bu barədə “NewAtlas” nəşri məlumat yayıb.
Yeni modifikasiya olunmuş robot saniyədə 40 litr suyu 60 metr məsafəyə ötürə bilən güclü nasos ilə təchiz edilib. Cihaz vəziyyəti yerində qiymətləndirmək və məlumatları operatora ötürmək üçün sistemlə də təchiz olunub. Robot fövqəladə hallar xidmətinin işçisinin əlində olan konsolla idarə olunu. O, canlı video yayımı təmin edən kamera ilə xüsusi modul da daşıyır. Platforma həmçinin müxtəlif əlavə sistemlərlə, o cümlədən LiDAR sensorları, rabitə avadanlığı və ya robot qolu ilə təchiz oluna bilər.
Tural