Bakıda bədbəxt hadisə: Nəhəng monitor qadının üstünə aşdı - VİDEO/ YENİLƏNDİ

Bakıda bədbəxt hadisə: Nəhəng monitor qadının üstünə aşdı - VİDEO/ YENİLƏNDİ
21 Sen 2026 12:57

20.09.2026-cı il tarixində saat 16:10 radələrində 1968-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 20.09.2026-cı il tarixində saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə olunub.

Xatırladaq ki, Bakıda Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı təhlükəli hadisə baş vermişdi. İştirakçıların üzərinə iri LED ekran aşmış və hadisə nəticəsində bir qadın ağır xəsarət almışdı./// bakıvaxtı

***

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində keçirilən tədbir zamanı monitor aşıb.

News365.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə nəticəsində bir qadının ciddi xəsarət aldığı bildirilib.

 


Sizin reklam burada
Sizin reklam burada