Sentyabrın 22-də Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçiriləcək.
News365.az-ın məlumatına görə, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev iclasda iştirak üçün sabah Tacikistanın paytaxtı Düşənbəyə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində qurumun Bürosuna seçkilərdə, ümumi müzakirələrdə və digər mövzuları əhatə edən qətnamə layihələrinin müzakirəsində iştirak edəcək.
Qeyd edək ki, səfər sentyabrın 27-də başa çatacaq.