Deputat: “İki aydır nazirə zəng edirəm, cavab vermir”

Deputat: “İki aydır nazirə zəng edirəm, cavab vermir”
12:50

“İki aydır elm və təhsil naziri Emin Əmrullayevə zəng eləyirəm, onu tapa bilmirəm”.

News365.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, bu il İmişli rayonunun Qaradonlu kənd tam orta məktəbinin yaradılmasının 120 ili tamam olur. S.Aran deputat seçildiyi rayonda yerləşən adıçəkilən təhsil ocağının yubileyinin qeyd olunmasını istəyir.  “Zəng elədim, cavab vermədi. Axı, sənin köməkçin var, 4 nömrəli telefonun var. İşin çoxdu, köməkçin cavab versin. Yaxşı, sənin vacib işlərin var, bəs gələndən sonra monitorda görmürsən sənə zəng gəlib? Maraqlan, deputat sənə zəng eləyir də, hansısa Qasım, Həsən, Hüseyn yox. Görün, nə məsələdir? Deyin ki, nə məsələdir. 2 ay, 3 ay, 4 aydır cavab vermir e! Nə köməkçisi cavab verir, nə də özü”, - o bildirib.   

Deputat eyni zamanda bəzi məktəblərdə direktorların olmaması ilə bağlı məsələyə toxunub.  “Ölkədə bir çox məktəblərdə direktorlar yoxdur. Direktor olmadan necə keyfiyyətli dərs keçmək olar?”, - S.Aran vurğulayıb. 


Sizin reklam burada
Sizin reklam burada