İzmirdə Bakı sevgisi: 108 illik tarix və qardaşlıq mesajları

İzmirdə Bakı sevgisi: 108 illik tarix və qardaşlıq mesajları
12:30

Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü İzmirdə də qeyd edilib. Türkiyə-Azərbaycan qardaşlığınının vurğulandığı tədbir birlik və həmrəylik mesajları verib.

News365.az xəbər verir ki, Azərbaycan Türk Dostluq Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Dərnəyi tərəfindən təşkil edilən proqrama çoxsaylı qonaqlar, gənclər və Azərbaycansevərlər qatılıb. Tarixi çıxışlar, şeirlər və Azərbaycan melodiyalarını bir araya gətirən proqram, 108 il əvvəl Bakının azad edilməsi ilə tarixə düşən mübarizənin mənasının bu gün də Türkiyə-Azərbaycan münasibətlərində yaşamağa davam etdiyi mesajını çatdırıb.

Azərbaycan Türk Dostluq Dərnəkləri Federasiyasının prezidenti İsa Ambarçı bu tarixi günün əhəmiyyətindən danışıb. O, eyni zamanda iki qardaş ölkə arasındakı birlik və həmrəyliyin hazırkı vəziyyətindən danışıb.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq bağlarına diqqət çəkib. Onun sözlərinə görə, Bakının azad edilməsindən Qarabağ qələbəsinə qədər tarixi proses boyunca iki qardaş xalq arasında həmişə həmrəyliy olub. O, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı yenidənqurma və dirçəliş səylərini də yüksək qiymətləndirib.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin yalnız dövlətlər arasında diplomatik münasibətlərlə məhdudlaşmadığını vurğulayan Ayrım, iki ölkə arasındakı sarsılmaz dostluq bağlarını böyük qürurla ifadə edib. Ş.Ayrım, eyni zamanda, keçmişdən bu günə daşınan qardaşlıq ruhunun gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulayıb.

Tədqiqatçı Taner Gür Bakının işğaldan azad edilməsinin tarixi keçmişinə toxunub. O, 1918-ci il hadisələri və Bakının azad edilməsinin Türkiyə və Azərbaycan tarixindəki yeri barədə qiymətləndirmələr aparıb:

“15 sentyabr 1918-ci il təkcə Azərbaycan tarixində deyil, həm də Türkiyə-Azərbaycan qardaşlığının yaddaşında xüsusi yer tutur. Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun və Azərbaycan qüvvələrinin Bakıya daxil olması ilə şəhər işğaldan azad edildi və bu tarixi hadisə iki qardaş xalq arasında həmrəyliyin ən vacib simvollarından birinə çevrildi. 108 il keçməsinə baxmayaraq, Türkiyə və Azərbaycanda keçirilən tədbirlərlə Bakının azad edilməsinin xatirəsi yaşadılır”.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa və mədəniyyət səfiri Roza İbadova gözəl şeir nümunələri ilə axşama xüsusi bir rəng qatıb. Onun Azərbaycana sevgi, vətənpərvərlik və qardaşlığı əks etdirən şeirləri tamaşaçılarda əks-səda doğuraraq proqramın mədəni və bədii aspektini gücləndirib.

Proqramın ikinci hissəsində sənətçi Cavit Təbrizli səhnəyə çıxıv. Cənubi və Şimali Azərbaycanın zəngin musiqi mədəniyyətini səsi ilə dünyaya tanıdan Təbrizli, çıxışları ilə iştirakçılara unudulmaz anlar yaşadıb.

Tədbirin diqqət çəkən cəhətlərindən biri də gənclərin proqrama göstərdiyi maraq idi. Bakının azad edilməsinin 108-ci ildönümündə zalda gənclərin çox olması tarixi yaddaşın yeni nəsillərə ötürülməsi baxımından axşama xüsusi bir məna qatıb.

İzmirdə keçirilən bu tədbir təkcə tarixi bir ildönümün anılması deyildi. Proqram, Türkiyə ilə Azərbaycan arasında keçmişdən bu günə qədər uzanan dərin köklü qardaşlığın bir daha xatırlandığı bir toplantı idi.

Azərbaycan Türk Dostluq Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Dərnəyi tərəfindən təşkil edilən proqram, birlik və həmrəylik görüntüləri ilə başa çatıb, İzmirdəki Türkiyə-Azərbaycan qardaşlığının güclü səsini bir daha vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada