Sabirabadda bir ailə qəzaya düşdü

Sabirabadda bir ailə qəzaya düşdü
10:35

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

News365.az-ın məlumatına görə, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb.

Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 1999-cu il təvəllüdlü Mahirə Mahir qızı Fərzəliyeva və 2019-cu il təvəllüdlü övladları müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada