Çin hökuməti nadir torpaq elementlərinin və onların istehsal texnologiyalarının ixracına əlavə məhdudiyyətlər tətbiq edib.
News365.az xəbər verir ki, qərar bu materialların hasilatı, emalı və təkrar emalı ilə bağlı texnologiyaların xaricə ötürülməsini də qadağan edir.
Pekin bu addımın məqsədini milli təhlükəsizliyin qorunması və strateji resursların hərbi məqsədlərlə istifadəsinin qarşısının alınması ilə izah edib.
Yeni qərar ABŞ–Çin ticarət münasibətlərinin gərginləşdiyi, həmçinin APEC sammiti ərəfəsində tarif danışıqlarının davam etdiyi bir vaxtda elan olunub.
News365.az