Cərrahların qarnında unutduğu iynə ilə 7 il yaşadı

Cərrahların qarnında unutduğu iynə ilə 7 il yaşadı
18:20

ABŞ-da bir tibb bacısı yeddi il ərzində səbəbi bilinməyən ağrılardan əziyyət çəkib. Nəhayət, həkimlər onun qarın boşluğunda cərrahi iynə aşkar ediblər.

News365.az xarici KİV-ə istinadla bildirir ki, Yana Petriqanova Deqreqoris özünün də əvvəllər müalicə aldığı xəstəxana şəbəkəsində çalışır. O, 2018-ci ilin iyununda qeysəriyyə əməliyyatı, 2021-ci ilin noyabrında isə abdominoplastika və göbək yırtığının bərpası əməliyyatı keçirib.

Qadın iddia edir ki, həkimlər bu prosedurlardan biri zamanı onun bədənində iynə unudublar.

Uzunluğu təxminən 4 santimetr olan yad cisim yalnız 2025-ci ilin oktyabrında keçirilən KT müayinəsi zamanı aşkar edilib. Daha sonra həmin cismin çıxarılması üçün xəstəyə növbəti cərrahi əməliyyat lazım olub.

Manhettenda qaldırılan iddiaya əsasən, qadın və həyat yoldaşı, qadının keçirdiyi fiziki ağrıya görə xəstəxanadan, eləcə də əməliyyatlarda iştirak etmiş həkimlərdən təzminat tələb edirlər. Xəstəxana nümayəndələri hələlik bu iddialarla bağlı şərh verməyiblər.


Sizin reklam burada
Sizin reklam burada