Amerikalı müğənni və aktrisa Cennifer Lopesin şəxsi həyatı yenidən gündəmə gəlib.
İddialara görə, sənətçi Ben Afflekdən boşandıqdan sonra Nikol Kidmanın keçmiş həyat yoldaşı, məşhur kantri ifaçısı Kit Urbanla yaxınlaşıb.
Məlumata görə, Lopeslə Urban arasında səmimi münasibət yaranıb. Onlar şəxsi problemlərini, yaşadıqları çətinlikləri bir-birləri ilə bölüşürlər. Hər iki məşhur şəxsi həyatını gizli saxlamağa üstünlük versə də, bir-birinin yanında özünü rahat hiss edir.
Cennifer Lopeslə Kit Urban uzun illərdir tanışdırlar. Onların dostluğu 2014-cü ildə “American Idol” musiqi yarışmasının 13-cü mövsümündə münsif kimi çalışdıqları dövrdə başlayıb. Həmin vaxt çəkiliş meydançasında onların bir-birinə xüsusi rəğbət bəslədiyi barədə söhbətlər dolaşırdı. Lakin hər ikisinin münasibətdə olması səbəbindən bu yaxınlıq romantik əlaqəyə çevrilməyib.
Sonradan hər iki sənətçinin ayrılıq yaşaması onların yenidən yaxınlaşmasına şərait yaradıb.
“Cennifer və Kit gizli görüşürlər. Onların imkanlarını və tez-tez eyni şəhərdə olmalarını nəzərə alsaq, bunu təşkil etmək o qədər də çətin deyil”, – mənbə bildirib.
