Bu ölkədən İrana hücumla bağlı qərar

Bu ölkədən İrana hücumla bağlı qərar
10:59

İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək.

News365.az xəbər verir ki, bu barədə İordaniya Radio və Televiziya Korporasiyası mənbəyə istinadla məlumat verib.

Mənbənin sözlərinə görə, İordaniya ABŞ-la İran arasında davam edən danışıqların regionda müharibənin qarşısını alacaq siyasi razılaşma ilə nəticələnəcəyinə ümid edir.

Həmçinin bildirilib ki, ABŞ-ın İordaniyadakı hərbi mövcudluğu iki ölkə arasındakı müdafiə sazişləri çərçivəsində həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada