Bu keçid məntəqəsi bağlandı - 1325 yük maşını növbədə dayanıb

Bu keçid məntəqəsi bağlandı - 1325 yük maşını növbədə dayanıb
19 Yan 2025 20:45

“Yuxarı Lars” keçid məntəqəsi önündə müxtəlif ölkələrdən gələn 1325 yük maşını növbədə dayanıb.


News365.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.


Bildirilir ki, Ermənistana məxsus 400-ə yaxın ağırtonnajlı maşın Rusiya-Gürcüstan sərhədində gözləyir.


Qeyd edək ki, “Yuxarı Lars” yolu Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.