23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyədə ictimai nəqliyyat ödənişsiz olacaq.
News365.az “Resmi Gazete”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.
Fərmanda bildirilib ki, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Başkentray və Marmarayda, o cümlədən Sirkeci-Kazlıçeşme dəmiryol xətti və Gayrettepe-İstanbul hava limanı-Arnavutköy istiqamətləri üzrə hərəkət edən ictimai nəqliyyatda gedişhaqqı pulsuz olacaq.