Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər investisiya yatırılıb?

Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər investisiya yatırılıb?
15 May 2025 15:46

Bu ilin yanvar-mart aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ümumilikdə 738 milyon 383 min manat investisiya yatırılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu məbləğin 727 milyon 996 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

İlin birinci rübündə Qarabağ iqtisadi rayonu üzrə yatırılan investisiyaların həcmi 316 milyon 950 min manat təşkil edib. Həmin məbləğin 310 milyon 815 min manatı tikinti-quraşdırma işlərinə aid olub.

Üç ayda Şərqi Zəngəzur iqtisadi rayonuna 421 milyon 432 min manat investisiya yatırılıb. Bu məbləğin 417 milyon 180 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.


Sizin reklam burada
Sizin reklam burada