“Qlobal qida sektorunu idarə edənlər əslində
dünyanı idarə edir. Çünki qida insanın sağlamlığını, davranışını, məhsuldarlığını
və hətta demoqrafik gələcəyini formalaşdıran ən strateji təsirvasitəsidir”.
Bunu News365.az -açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov
deyib. O bildirib ki, qidada olan əlavələr, hormonlar, yüksək şəkər və trans-yağlarla
doldurulmuş istehsal sonsuzluq hallarının artmasına, mənəvi və əxlaqi
deqradasiyanın güclənməsinə, xroniki xəstəliklərin çoxalomasına, nəticədə isə
dərman sənayesinin qazancının yüksəlməsinə səbəb olan böyük sistemin parçasıdır:
“Bu sistemin ən təhlükəli tərəfi isə odur ki,
o insanı uzunmüddətli asılılıqda saxlayan görünməz mexanizm yaradır. Nəticədə asılılıq, hormonal
pozuntular, psixoloji zəifləmə və cansıxıcı həyat tərzi insanı həm bioloji, həm
də mənəvi olaraq zəiflədir. Zəif insan isə bazarın və siyasətin ən rahat idarə
olunan hədəfinə çevrilir.
Əlqərəz,
insanların nə yeyəcəyinə kim qərar verirsə, onların kimə çevriləcəyinə də o qərar
verir. Buna görədə strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə
bişmir, o artıq qlobal qərar mərkəzlərində hazırlanır”.
News365.az